Boşandığını “Tiktok”da elan edən qadını əri öldürdü — FOTOLAR

DÜNYA 02 avq 2022, 19:17
ABŞ-da dəhşətli olay baş verib.

Demokrat.az xəbər verir ki, ABŞ-da yaşayan hindistanlı Sania Xan adlı qadın "Tiktok" hesabında video çəkərək ərindən boşandığını açıqlayıb.

Qadının 1 il evli qaldığı əri Rahil Əhməd bu videonu görəndə çox əsəbiləşib və qadının yaşadığı evə gedib.

Əvvəlcə normal söhbət etsələr də, daha sonra mübahisə ediblər və kişi yanında gətirdiyi silahla arvadını öldürüb.

Qadından xəbər ala bilməyən qonşular polis çağırıblar və qadının öldüyü məlum olub.

Hazırda polis hər yerdə qatil əri axtarır.




Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top