Tvitterin İlon Maska qarşı iddiasına oktyabrda baxılacaq

SOSİAL MEDİA 29 iyl 2022, 23:51
Tvitter şirkətinin iş adamı İlon Maska qarşı iddiası üzrə ilk məhkəmə iclası oktyabrın 17-nə təyin olunub.

Demokrat.az
xəbər verir ki,  bu barədə ABŞ-ın Delaver ştatının məhkəməsi məlumat yayıb.

Məlumatda bildirilir ki, iddia ərizəsi məhkəməyə iyulun 12-də daxil olub. İddiada iş adamıdan Tvitteri 44 milyard dollara almaq barədə öhdəliyinə əməl etmək tələb olunur. Proses 5 gün davam edəcək.

Qeyd edək ki, İlon Mask apreldə Tvitteri alacağını bildirsə də, sonradan bəzi məsələlərdə razılıq əldə olunmadığından qərarını dəyişib.

Tvitter şirkəti məsələləri müzakirə etmək üçün sentyabrın 13-nə səhmdarların ümumi yığıncağını çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top