Uhanda yenidən karantin elan olundu

DÜNYA 27 iyl 2022, 18:41
COVID-19 virusuna insanlar arasında ilk yoluxmaların aşkarlandığı Çinin Hubey vilayətinin paytaxtı Uhan şəhərində yenidən karantin elan olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb. Uhanın Ciansia rayonunda COVID-19 virusuna 4 yoluxmanın aşkarlanmasından sonra şəhər hökuməti rayon ərazisində epidemik mübarizə tədbirlərini üç gün müddətinə gücləndirmək barədə qərar qəbul edib. Bu, Uhanda il ərzində epidemiya ilə sərt mübarizə tədbirlərinin ilk tətbiqidir.

Qeyd edək ki, təxminən 11 milyon əhalisi olan Uhan 2020-ci ilin əvvəlindəki COVID-19 böhranı dövründə 76 günlük sərt qapanma dövrü yaşayıb. Bu, dünyada bir şəhər üçün ən uzun müddət sərt qapanma kimi tarixə düşüb.

Cari il martın əvvəlindən etibarən paytaxt Pekin də daxil olmaqla, Çinin bir neçə yaşayış məntəqələrində virusa yoluxma hallarının artması fonunda sərt qapanma rejimi, Çinin işgüzar mərkəzi Şanxayda isə 2 ay müddətinə tam qapanma tətbiq olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top