Göldə batan 3 nəfərdən 2-si öldü

HADİSƏ 20 iyl 2022, 21:47
Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağadur Rəhimov və həmyaşıdları Rəvan Mirzəyev, Fərid Rəcəbov Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

Ağadur hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top