"Metak"da qaynaqçı hündürlükdən yıxıldı

SOSİAL 19 iyl 2022, 09:43
Bakıda qaynaqçı hündürlükdən yıxılıb.

Demokrat.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən "Metak" MMC-də baş verib.

Orada qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayev cəmiyyətin sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılıb. O, ağır kəllə-beyin tramvası ilə xəstəxanaya daxil olunub. Hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top