Azərbaycan səhiyyəsində bir ilkə imza atıldı

SOSİAL 18 iyl 2022, 16:03
Kliniki Tibbi Mərkəzdə (KTM) tibb sahəsində ən müasir texnologiya hesab olunan TİVATO 700 mikroskopu ilə ilk neyrocərrahi əməliyyat keçirilib.

Demokrat.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib. O bildirib ki, Almaniyanın ZEİSS şirkətinin istehsalı olan bu mikroskop Qafqaz ölkələrində Gürcüstandan sonra ilk dəfə Azərbaycanda Kliniki Tibbi Mərkəzdə istifadəyə verilib.

“Artıq bundan sonra ölkəmizdə ən mürəkkəb beyin və onurğa əməliyyatları məhz bu Mərkəzdə icra ediləcək. Əməliyyatlar zamanı yüksək keyfiyyətli görüntü əldə edə bilən cihaz cərrahi prosesin ən az xəsarətlərlə icra edilməsinə və hədəfin üç min dəfəyə qədər böyüdülməsinə imkan yaradır. Bununla yanaşı, əməliyyatların gedişatında foto və ya video çəkmək, görüntüləri yaddaşa köçürmək, görüntüləri toplantı salonlarına canlı olaraq ötürmək cihazın unikal göstəriciləridir. 

Məlumat üçün bildirək ki, Kliniki Tibbi Mərkəzdə TİVATO 700 mikroskopu vasitəsi ilə ilk neyrocərrahi əməliyyat uğurla başa çatıb. Mərkəz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir tibbin ən son texnoloji avadanlıqları ilə təchiz edilir”.



Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top