Şoyqu Rüstəm Muradova əmr etdi: Ukraynanın bu yerlərini vurun!

DÜNYA 18 iyl 2022, 11:21
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən “Vostok” qrupuna baxış zamanı deyib ki, prioritet Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsidir.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik bazar ertəsi bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada "xüsusi hərbi əməliyyat"ın tapşırıqlarını yerinə yetirən “Vostok” qrupuna baxış keçirib.

“Komanda məntəqəsində “Vostok” qrupunun komandiri general-leytenant Rüstəm Muradov (Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandiri-red.) Rusiya hərbi idarəsinin rəisinə mövcud vəziyyət və "düşmən qüvvələrinin darmadağın edilməsi istiqamətində verilən döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi" barədə məruzə edib”, - məlumatda deyilir.

Qeyd edilir ki, ordu generalı Sergey Şoyqu qrupun zərbə imkanlarının gücləndiyini qeyd edərək, komandirə Ukraynanın uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsini, onlardan Donbas qəsəbələrinin yaşayış məntəqələrinin atəşə tutulmasını və əkin sahələrinin qəsdən yandırılmasını prioritet hesab etməyi tapşırıb.

“Vostok” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov əmrin yerinə yetirilməsinə məsuliyyət daşıdıqlarını vurğulayıb.


Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarının komanda məntəqələrinə baş çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top