Azərbaycan-Gürcüstan-Ermənistan XİN başçıları regional sabitliyi müzakirə etdilər

GÜNDƏM 16 iyl 2022, 16:28

Tbilisidə Azərbaycan-Gürcüstan-Ermənistan XİN başçıları arasında keçirilən görüşdə regional məsələlər müzakirə olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq, həmçinin Gürcüstanın Ermənistanla çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri məmnunluqla qeyd olunub.

Regionda sabitliyin və dinc inkişafın təmin olunması üçün birgə səylərin vacibliyi vurğulanıb. Bu kontekstdə Gürcüstan tərəfi iki ölkənin XİN başçısının Tbilisiyə səfərini alqışlayıb, bölgədə sülh və sabitliyin təşviqinə hazırlığını bir daha ifadə edib. / report.az

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top