“Azəriqaz” İB-nin baş direktoru: “İlk dəfə olaraq yeni mikrotermik sayğacların tətbiqinə başlayırıq”

SOSİAL 15 iyl 2022, 16:34
“Biz yeni bir pilot layihəyə başlayırıq”. 

Demokrat.az xəbər verir ki, bu fikirləri SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib

O qeyd edib ki, bu pilot layihənin mahiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq yeni mikro-termik sayğacların tətbiqinə başlanılır:

“Bu sayğacın qabariti də digər əvvəlki sayğaclardan çox kiçikdir. Heç bir balon hissəsi də yoxdur, çox qabarit  və kiçik ölçülü bir qaz sayğacıdır. Bu sayğacların bir çox üstünlükləri vardır. Bu sayğaclar həm onlayn, həm də oflayn rejimdə işləyə bilir. Sayğacların daxilində bağlayıcı klapan mövcuddur ki, GPRS vasitəsilə mərkəzdən qaz təminatını dayandırması mümkündür. Hər bir sayğac sim kart ilə təchiz olunduğu üçün göstəriciləri məsafədə yəni GPRS vasitəsilə oxunması, sms-lə sayğaca sərfiyyatın yüklənməsi mümkün olacaq. Məlumat üçün onu da bildirim ki, sayğacların ölçmə texnologiyası axınınn mikro-termik aşkarlanması  prinsipinə əsaslanır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top