Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş başladı

REGİON 13 iyl 2022, 15:21
Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

Demokrat.az xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar iyulun 12-də bildirib ki, nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq.

Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top