Xəbər verildiyi kimi, Tovuz rayonunun Əlibəyli kəndindən 1 kilometr məsafədə Rusiya hərbi məntəqə tikir. Bəs, bu hərbi bazanın tikilməsində məqsəd nədir?
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, orada hərbi bazanın tikilməsi məntiqə uyğun deyil:
“Mən də bu sualı özümə verirdim. Çünki nə qədər axtardım mənbəyi tapa bilmədim. Doğurdan da, orada bu proseslər gedir, ya getmir sual doğurur. Ələlxüsus ona görə ki, orada hərbi bazanın tikilməsi hərbi məntiqə uyğun deyil. Doğrusu, bu bəlkə də ermənilərin təbliğatıdır. Onlar Azərbaycandan ehtiyat edirlər, təbii ki, çalışırlar ki, elə görüntü yaratsınlar ki, guya ki, ruslar tam olaraq onların tərəfindədir və hərbi bazalar tikirlər. Bu, onların belə deyək, siyasətidir, amma təbliğat xarakteri də daşıya bilər. Ukrayna hadisələri fonunda Rusiya üçün burada hansısa hərbi baza tikmək, özü də 1 km məsafədə, sərhəddə, yəni Azərbaycan istənilən hərbi təsir göstərə bilər. Yəni, mənasız bir şeydir. Hər halda, yenə də deyirəm bu məlumatın təsdiqi olmalıdır və hansısa ciddi mənbə olmalıdır. Ümumiyyətlə, bununla bağlı suallar çoxdur”.
Aynurə
Demokrat.az