İbrahim Çingiz: “Müğənninin gecə libasına maraq daha çoxdur, nəinki sənətə” (FOTOLAR)

ŞOU-BİZNES 08 iyul 2022, 17:36
Teatr və kino aktyoru, reper, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aparıcı səhnə üzvlərindən biri İbrahim Çingiz Rusiyanıən Snkt-Peterburq şəhərində 10 günlük ustad təlimləri keçərək Vətənə dönüb. O, ustad dərslərinə həmkarı, aktyor Murad İsmayılla birgə qatılıb. 

Səfərdən yenicə qayıdan İbrahim Çingiz təəssüratlarını Demokrat.az ilə bölüşüb: 

“Bizi teatrımızdan Murad İsmayılla birlikdə 10 günlük Sankt-Peterburqa ustad dərsləri almağa göndərmişdilər. Rusiyanın nəhənglərindən, ustadlardan dərs aldıq. Belarusiya, Qazaxıstan və Ermənistandan gənc istedadlıları dəvət etmişdilər. Biz də öz ölkəmizi təmsil etdiyimiz üçün çox xoşbəxtik. Biz Muradla birlikdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdik, bu da bir təbliğ növü idi və sonda elə ermənilər də bizi alqışladılar. 10 gün ərzində çox şey öyrəndik. Çalışacağıq ki, növbəti mövsümdən öyrəndiklərimizi tətbiq edək. Mən başda Ədalət Hacıyev olmaqla, teatr rəhbərliyinə təşəkkürlərimi bildirirəm. Bizə inanıb, etimad göstərib göndərdikləri üçün özümüzü şanslı hiss edirik. «Балтийский дом» teatr-festivalında bizə dedilər ki, hər zaman geri dönüb orda çalışa bilərik. Amma biz Azərbaycanımıza xidmət edirik.”

Gənc və istedadlı aktyor gileyli olduğu məqamlara toxundu:

“Bizdə aktyorlar hər zaman elə düşünürlər ki, onlar hər şeyi bilirlər və dünya şöhrətlidirlər. Amma orda belə bir ifadə var ki, əgər aktyor düşünürsə o, hər şeyi bilir, deməli, o artıq sənətdən getməlidir. Yəqin ki, hiss etmisiniz, mən efirlərdən uzaq adamam. Biz Murad İsmayılla Sankt-Peterburqda 10 günlük dərs keçdik, bununla heç kim maraqlanmadı, amma hansısa müğənninin gecə libası bütün saytlarda var. Belə şeylər məni məyus edir, aktyor olaraq istədiyimiz nöqtədə deyilik. Normal filmlər yoxdur, kastinqlər səviyyəli şəkildə keçirilmir, çəkilə bilmirik. İşləmək istəyirik, amma şərait yoxdur. Məsələn, mən bir aktyor kimi filmə çəkilmək istəyirəm. Tarixi bir filmin baş rolunu canlndırmaq mənim arzumdur. Amma nə film var, nə dəvət. Belə-belə adamın yaradıcı həvəsi ölür.”



Gülçin Qorxmaz
Demokrat.az



 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top