“Bu gün Laçında baş verənlər onu göstərir ki, Azərbaycan antiterror əməliyyatlarına birmənalı olaraq başlamalıdır”.
Bu fikirləri Demokrat.az-a "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu Laçında törədilən kütləvi yanğınlara münasibət bildirərkən deyib. O bildirib ki, Laçında baş verən son hadisələrə görə cinayətkar tutularaq, Azərbaycan tərəfinə təhvil verilməli və hüquq normativləri çərçivəsidnə tədbirlər görülməlidir:
“Çünki Azərbaycanın hər hansı bir ərazisində, nümunə olaraq Bakıda, Sumqayıtda, Qubada, Şəkidə bu cür yanğın baş versəydi dərhal cinayət işi açılardı və cinayətkar müəyyənləşdirilib cəzalanardı.

Bu gün Azərbaycan ərazi bütövlüyü çərçivəsidnə Laçında əgər Azərbaycan vətəndaşı olan və ya olmayan kimlərsə cinayətlər törədirsə, təbii ki, bununla bağlı hüquq normativləri çərçivəsində tədbirlər görülməli, cinayət törədənlər aşkar olunanda ki, onlar Azərbaycan hüquq mühafizə orqanları tərəfinə verilməli və bu cinayətin niyyət və məqsədləri müəyyənləşdirilməlidir. Təbii ki, burada niyyət və məqsəd birmənalı məlumdur. Bu, bir terror əməlidir. Bu sadəcə Azərbaycana qarşı törədilmiş bir əməl deyil, eyni şəkildə həm beynəlxalq normativlər çərçivəsində ekologiyaya vurulmuş bir zərərdir, həm də iqtisadi resurslara, mənəvi dəyərlərə qarşı törədilmiş bir cinayətdir. Təbii ki, bu gün bu cür cinayətlərin qarşısını almaq üçün hüquq-mühafizə orqanları ilə birgə Azərbaycan Silahlı Qüvvələri ciddi qabaqlayıcı tədbirlər görməlidir. Və yerində dərhal cinayətkarlar aşkar olunaraq zərəsizləşdirilməlidir”.
Aynurə Pənahqızı
Demokrat.az