Ukraynaya hədiyyə edilən “Bayraktar” Litvaya çatdı

DÜNYA 05 iyl 2022, 00:01
Türkiyənin "Baykar" şirkətinin Ukraynaya bağışladığı "Bayraktar TB2" pilotsuz uçuş aparatı Litvaya çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas məlumat verib.

"Facebook" hesabında paylaşım edən Anusauskas qeyd edib ki, iyulun 6-da Şaulyai aviabazasında rəsmi mərasim keçiriləcək.

Litvada PUA-ların alınması üçün ianə kampaniyası təşkil edilib. Bu məqsədlə başladılan ianə kampaniyasında 5 milyon avro toplanması hədəf alınıb, üç gün ərzində 6 milyon avro toplanıb. Lakin Türkiyə şirkəti PUA-nın Litvaya pulsuz veriləcəyini və toplanan pulun Ukrayna xalqına kömək üçün istifadə oluna biləcəyini elan edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top