Bakı-Sumqayıt sürət qatarında texniki nasazlıq yarandı

HADİSƏ 04 iyl 2022, 10:40
Bakı-Sumqayıt-Bakı sürət qatarında texniki nasazlıq nəticəsində gecikmə yaranıb.

Demokrat.az xəbər verir ki, nasazlıq qrafik üzrə 08:00-da Sumqayıt dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Nəticədə qatar hərəkətə təyin ediləndən 10 dəqiqə daha gec başlayıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top