Deputat: “Tarixi bina üzərində tikinti aparanlar ciddi şəkildə cəzalandırılmalıdır”

GÜNDƏM 02 iyl 2022, 12:30
Xəbər verdiyimiz ki, paytaxtın Yasamal rayonu İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa edilən tarixi memarlıq abidəsi olan binanın sahibi tərəfindən dam örtüyündə mansard inşa edildiyi müəyyən olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bütün hallarda tarixi abidələrə diqqət və qayğı ən yüksək səviyyədə olmalıdır. Deputat vurğulayıb ki, ilk növbədə vətəndaşlarımız belə abidələrə diqqətli və həssas yanaşmalıdır:

“Hər bir millətin, dövlətin böyüklüyü,gücü onun tarixi və tarixi abidələri ilə ölçülür. Məhz Bakıya da gözəllik verən əlbəttə ki, qədim memarlıq üslubunda tikilən binalardır. Belə binalarda göz bəbəyi kimi qorunmalıdır.



Qeyd etdiyimiz kimi, Bakının ən önənli cəhətlərdən biri də onun qədim tarixi şəhər olmasdır. Məhz çoxluq sayda turistin də Bakıya üz tutmasının əsas səbəblərindən biri tarixiliklə müasirliyin vəhdətidir. Hesab edirəm ki, burada belə bir addım atan şəxslərə qarşı çox ciddi tədbirlər görünməlidir. Eyni zamanda, Mədəniyyət Nazirliyi də belə məsələlərə çox həssaslıqla və diqqətlə yanaşmalıdır. Düşünürəm ki, buna yol verən insanlar tapılaraq onlarla bağlı hüquqi ölçü götürülməlidir”. 

Millət vəkili əlavə edib ki, tarixi binanın üzərində tikintinin aparılması yanlışdır:

“Biz zaman-zaman bəzi yerlərdə belə halların baş verdiyini müşahidə edirik. Qeyd etdiyim kimi, bu məsələyə ilk növbədə vətəndaşlar diqqətlə, həssaslıqla yanaşmalıdır, ikincisi isə müvafiq mərkəzi icra hakimiyyəti belə məsələlərə həssas yanaşmalıdır. Belə addım atanlara da ciddi şəkildə cəzalandırmalıdır. Onların fəaliyyətinə ciddi nəzarət etməlidir ki, belə hallar baş verməsin”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top