Basketbol üzrə milli komandamız Avropa Çempionatının yarımfinalında

İDMAN 02 iyl 2022, 12:37
Kiçik ölkələr arasında keçirilən Avropa Çempionatında milli komandamız 1/4 final mərhələsində San Marino seçməsi ilə qarşılaşıb.

Demokrat.az xəbər verir ki, oyuna fəal başlayan yığmamız yekunda parketdən 68-51 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.

Qeyd edək ki, yığmamız bu qələbədən sonra adını turnirin 1/2 final mərhələsinə yazdırıb. Yarımfinalda rəqibimiz Malta komandası olacaq. Oyun 2 iyul tarixində Bakı vaxtı ilə saat 18.15 -də start götürəcək.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top