Gültac Əlili: “Məni təbrik etmək istəyənlər bilet alsın, tamaşama gəlsin”

ŞOU-BİZNES 01 iyl 2022, 17:49
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, aktyor Hüseyn Əlilinin həyat yoldaşı Gültac Əlili bu gün 35 yaşını qeyd edir. 

Demokrat.az aktrisa ilə əlaqə saxlayıb, onu təbrik edib. Gültac xanım bildirib ki, bu il ad günü üçün başqa planlar qursa da, yenə də səhnə sevgisi önə çıxıb - o  ad gününü səhnədə qeyd edəcək:  

“35 yaşım tamam olur. Ad günü qeyd etməyin tərəfdarı deyiləm. Mən xoşlayıram öz əzizlərimin, doğmalarımın ad günündü ürəklə iştirak etməyi, şənlənməyi, lakin öz doğum günümü qeyd etməyi sevmirəm. Amma bu il düşünmüşdüm ki, doğmalarımı, sevdiyim insanları bir araya toplayıb ad günümü qeyd edim. Çalışdığım teatrda da hər zaman özümə qarşı diqqət, qayğı görürəm. Rəhbərlik belə qərara gəldi ki, 35-ci doğum günümdə mənim rol aldığım tamaşalardan biri teatrın səhnəsində nümayiş olunsun.



Beləliklə, bu gün saat 19:00-da “Amerikalı kürəkən” tamaşası oynanılacaq. Bir neçə gün öncə şəxsi sosial hesabımdan elan etmişəm. Məni sevənlər, təbrik etmək istəyənlər bilet alsın, gəlsin tamaşama baxsın. Tamaşadan sonra doğmalarımla hansısa məkanda qeyd edəcəyik öz ad günümü. Yaşımın üstünə yaş gəlir. Hər yaşın öz gözəlliyi var. Önəmli olan insanın ruh yaşıdır. Mən özümü ruhən həmişə böyük hiss eləmişəm. Amma bu bir həqiqətdir ki, insan yaşa dolduqca istəyir ki, cavan olsun. 

“Gözəl xanımsınız, həyat yoldaşınız çoxmu qısqanır?” sualına Gültac xanım belə cavab verdi:



“Əvvəllər yox idi, indi mən özümə çox zaman ayırıram, baxıram, görürəm ki, simptomları yaranır qısqanclığın. Deyirəm, “bax aa, sən məni alanda belə deyildin, bilsəydim beləsən, sənə ərə gəlməzdim (gülərək).” Deyirəm, “Sən məni olduğum kimi qəbul eləməlisən. Necə varamsa, elə. Bir insan qarşısınddakı inanı özünə görə dəyişdirirsə, o, artıq eqoizmdir. Sən məni tanıyanda mən şıltaq idim, çılğın, həyatdolu idim. Əgər sənin gözünə belə xoş görünmüşdümsə, indi necə oldu ki, məni dəyişmək istəyirsən?”

Gülçin Qorxmaz
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top