Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 01 iyl 2022, 17:10
Azərbaycanda son sutkada 1908 nəfər vaksinasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 579, ikinci doza vaksinləri sayı 246-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 922-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 161 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 768 446, birinci doza peyvəndlərin ümumi sayı 5 355 145, ikinci doza vaksinlərin sayı 4 854 038 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 309 825, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 249 438 olub.



Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top