“Neftçi” daha bir israilli oyunçunu transfer etdi

İDMAN 01 iyul 2022, 08:56
“Neftçi” klubu növbəti futbolçu transferini həyata keçirib.

Demokrat.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi Kenni Sayeflə 2 il müddətinə müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu yeni komandasının heyətində 5 nömrəli formanı geyinəcək.

Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.



O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub. İsrailin aşağı yaş yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” daha əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi və qanalı hücumçu Qodsvey Donyonu heyətinə qatıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top