"Zelenskinin Rusiyanı məğlub etmək planı var"— Conson

DÜNYA 01 iyl 2022, 00:08
Böyük Britaniyanın baş naziri Boris Conson Madriddə keçirilən NATO sammitində Kiyevə niyə tez-tez getdiyini açıqlayıb.

O, Ukraynanın Rusiyanı məğlub etmək və onu fevralın 24-nə kimi olan mövqelərinə qaytarmaq planının olduğunu söyləyib.

 Bu barədə “Ukrayna 24” teleqram kanalı məlumat yayıb.
 
"Bu sammitlərdən bir müddət əvvəl Ukraynaya getməyimin səbəbi prezident Zelenski və onun administrasiyasının mövqeyinin nə olduğu və baş verənləri necə qiymətləndirdikləri barədə real fikir əldə etmək istəməyim idi. Onlar dinamikanı ilin sonuna qədər, yaxın bir neçə ayda dəyişməyin yolunu görürlər. Məncə, bu vacibdir. Bu o deməkdir ki, biz onlara bacardığımız qədər kömək etməliyik. Onlar müqavimət göstərə biləcəklərini göstərdilər. Onlar öz heyrətamiz döyüş qabiliyyətini nümayiş etdirə bilirlər.Ona görə də məncə, ən maraqlı hadisə Ukraynaya hələ göndərilməmiş raket sistemlərinin verilməsidir”, - Conson deyib.

Britaniyalı siyasətçi Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarından istifadə etməsinin gözəl nümunəsi kimi rus işğalçılarının İlan adasından qovulmasını göstərib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top