Təmirə göndərilən divandan 110 minlik qızıl çıxdı — FOTO

MARAQLI 29 iyn 2022, 21:00
Türkiyədə maraqlı olay baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Niğde bölgəsində mebel ustası kimi çalışan Sercan Sevenk evlərdən birindən divan götürərək iş yerinə gətirib. 

Köməkçisi ilə divanı sökən usta gözlərinə inanmayıb. Belə ki, divanın içindən 110 min lirə dəyərində iki qutu qızıl çıxıb.

Bunu görən Sercan dərhal divanın sahibinə zəng edib və qızılları ona təhvil verib.

Usta bu addımını belə izah edib: "İnsanlar bu qızılları əziyyətlə yığıb. Allah bizə haram yedirməsin. İnsanlıq borcumuzu yerinə yetirdik".



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top