Səfər Mehdiyev Qobustan və Şamaxı sakinlərini qəbul edəcək

GÜNDƏM 29 iyn 2022, 18:10
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iyulun 1-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (Heydər Əliyev pr. 1D) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Demokrat.az-ın komitəyə istinadən verdiyi məlumata görə, qəbul zamanı Qobustan və Şamaxı rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top