Astarada 9 aylıq hamilə qadın qəflətən öldü

HADİSƏ 27 iyn 2022, 15:52
Astarada 9 aylıq hamilə olan qadın ölüb.

"Report" Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Giləkəran kəndində baş verib.

1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəflətən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top