Minaya düşən polisin ayağı amputasiya edildi

HADİSƏ 27 iyn 2022, 11:03
İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, o xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub:

"Hazırda həyatı üçün təhlükə yoxdur".

Faktla bağlı araşdırma aparılır.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top