Putin orusunu yenidən Belarusa qaytarır - Baş Kəşfiyyat AÇIQLADI

GÜNDƏM 26 iyn 2022, 15:59
Belarusun Qomel vilayətinin qurum və təşkilatlarının rəhbərliyinə Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin ölkəyə qayıtması ehtimalı barədə xəbərdarlıq edilib.

Demokrat.az
-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatında deyilir.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, eyni zamanda ruslar Belarus ərazisində operativ-taktiki aviasiyaların sayını artırmağı planlaşdırır. Rəsmi məqsəd aviasiya bölmələri və hava hücumundan müdafiə bölmələrinin hazırlığı üzrə birgə döyüş hazırlığı mərkəzi çərçivəsində birgə hava patrullarının aparılmasıdır.

"Bunun üçün Baranoviçi aerodromuna 10 təyyarənin uçuşu planlaşdırılır", - kəşfiyyat xidməti qeyd edib.

Həmçinin Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, iyunun 22-dən etibarən Qomel vilayətində səfərbərlik təlimləri davam edir. "Digər tərəfdən, əvvəllər Belarus mətbuatında elan edilmiş ehtiyatda olan hərbçilərlə döyüş hazırlığı dərsləri keçirilmir. Ehtiyatda olan hərbçilərin özləri indi təmizlik işlərini yerinə yetirmək üçün istifadə olunur", - Ukrayna kəşfiyyatı bildirib.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, iyunun 25-də Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Belarus ordusu Rusiyanın köməyi olmadan Ukraynada irəliləyə bilməyəcək, lakin Kreml batalyon taktiki qruplarının üçdə birini ehtiyatda saxlayıb. Eyni zamanda, mart-aprel təcrübəsi nəzərə alınmaqla, zərbə qrupunun yaradılması 3-4 həftə çəkəcək ki, bunun da 2-3 həftəsi Rusiya ordusunun hissələrini Belarusa qaytarmaq üçün lazım olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top