Bakıda Zaur Ağayevi vuran sürücü ürəktutmasından öldü

HADİSƏ 26 iyn 2022, 09:26

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az
apa-ya istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1989-cu il təvəllüdlü Ağayev Zaur Mehdi oğlunu “Toyota” markalı avtomobil vuraraq öldürüb.

Huşunu itirən sürücü daha sonra avtomobillə marketin yanındakı bankomata çırpılıb. Hadisə şahidlərin köməkliyinə baxmayaraq sürücü ürəktutmasından hadisə yerində keçinib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top