Diqqət: Bu sürücülər 40 manat cərimə olunurlar

SOSİAL 24 iyn 2022, 21:04
"Paytaxtın bir neçə küçə və prospektində avtobusların hərəkəti üçün xüsusi zolaqlar çəkilib. Bu o deməkdir ki, həmin xəttə digər hərəkət iştirakçıları daxil ola bilməz. Amma vəziyyət tamam başqadır. Minik avtomobilləri daha çox paytaxtın Qara Qarayev, Babək, Mikayıl Useynov prospektləri, eləcə də Məhəmməd Hadi, Füzuli, Yusif Səfərov və Əhməd Rəcəbli küçələrində olan avtobus zolaqlarına daxil olaraq hərəkət edirlər"

Demokrat.az
xəbər verir ki, bu barədə  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli danışıb.

Qurum rəsmisinin sözlərinə görə, bu qayda pozuntusuna  yol verən  sürücülər 40 manat cərimə olunur: 

“Hər bir sürücü avtobus zolağına daxil olarkən bilməlidir ki, təyinatı üzrə əgər bu zolağa daxil olmaq qadağandırsa,  bu inzibati xətalar məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq nişanın tələbinin pozulması, yəni 40 manat məbləğində cərimə nəzərdə tutulan bir haldır. İctimai nəqliyyatdan istifadə edən şəxslərin vaxtı-vaxtında mənzil başına çatması üçün təmin olunan avtobus zolaqlarının tələblərinin pozulması ictimai nəqliyyatın nəzərdə tutulmuş qrafik üzrə hərəkətini də yubadır.”

A. Əsgərli bildirib ki,  qaydanı pozan sürücülərlə bağlı elektron qaydada protokol tərtib olunur və mərkəzi məlumat mərkəzinə ötürülür:



“Bu növ qayda pozuntuları paytaxt ərazisində quraşdırılan xüsusi texniki vasitələrlə daim nəzarətdə saxlanılır və həmin avtobus zolaqlarının tələblərini pozan sürücülər elektron qaydada cərimə oluna bilərlər.Günün pik saatları istisna olmaqla, bəzi küçələrdə zolaqlardan istifadəyə icazə verilir. Amma hər küçə üçün ayrıca vaxt müəyyən olunub. Məsələn, Salyan şosesindən Azneft meydanına gedən yoldakı avtobus zolağına səhər saat 7-ə qədər və axşam saat 10-dan sonra daxil olmaq mümkündür. Müntəzəm marşrut xətləri üzrə avtobusların rahat və maneəsiz hərəkətinin təmin edilməsi baxımından avtobus zolaqlarının mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Sürücülərdən inzibati xəta tərkibi yaranmaması üçün həmin zolaqlara daxil olmaması xahiş olunur."

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top