Mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul imtahanının siniflər üzrə nəticələri gün ərzində müəyyən fasilələrlə elan olunacaq.
Bu barədə Demokrat.az-a Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, bu zaman şəxsi kabinetdə qeyd olunan əlaqə nömrəsinə sms bildiriş göndəriləcək.
Nəticələrlə şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az/login) şəxsi kabinetinizə daxil olaraq tanış ola bilərsiniz. Nəticələrlə tanış olduqdan sonra lisey seçimi prosesi başlayacaq və bu mərhələdə şagirdlərə 3 lisey seçimi şansı veriləcək.
Qeyd edək ki, lisey seçimi iyul ayının 4-də başa çatacaq.
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir: Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar: Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası; Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya; Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası; Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi; Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey; Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey; Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey; Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey; Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.
Digərləri:
Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey; Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi; Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey; Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey; Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.
Demokrat.az

