“Lexus” sürücüsü polisə tabe olmadığı üçün saxlanıldı

HADİSƏ 23 iyn 2022, 11:58
Bakıda narkotik təsiri altında “Lexus” idarə edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Demokrat.az-a bildirilib ki, iyunun 22-də Biləcəri qəsəbəsi ərazisində “Lexus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Hümbət Nəbiyev olduğu müəyyən edilib. Söhbət zamanı sürücünün narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top