Bakıda 15 yaşlı qız itkin düşdü

HADİSƏ 23 iyn 2022, 11:06
Bakıda 15 yaşlı qız itkin düşüb.

Demokrat.az xəbər verir ki, hadisə iyunun 16-da paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Bayramova Xanım Səbuhi qızı saat 11 radələrində "Dədə Qorqud" parkına getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top