Zelenski: "Silaha, maliyyə və humanitar dəstəyə ehtiyacımız var”

DÜNYA 23 iyn 2022, 00:21
“Bizim silaha, maliyyə və humanitar dəstəyə ehtiyacımız var”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Kanadanın 11 müxtəlif universitetinin tələbələrinə videokonfrans bağlantısı vasitəsilə müraciət edib.

“Bizim üçün internet bir növ silahdır, çünki baş verənləri bu şəkildə göstərə bilirik. İnformasiya bəzən bəzi silah növlərindən daha böyük zərbə vura bilər. Azad və demokratik gələcək üçün hər şeyə rəğmən qalib gələcəyik”, - o vurğulayıb.

Ukrayna Prezidenti insanları mücadiləyə və beynəlxalq ictimaiyyəti isə yardımları davam etdirməyə çağırıb:

“Bizim silaha, maliyyə və humanitar dəstəyə ehtiyacımız var”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top