Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçir — FOTO

HƏRBİ 22 iyn 2022, 15:52
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top