Üzüm yarpağı yığan 50 yaşlı qadın faciəvi şəkildə öldü

HADİSƏ 21 iyn 2022, 14:21
Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, rayonun Tel kənd sakini, 1972-ci il təvəllüdlü Pərvanə Əhmədova ağacdan yıxılaraq ağır yaralanıb. Belə ki, yaşadığı evin həyətindən üzüm yarpaqları yığan qadın ehtiyatsızlıqdan yıxılıb və müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Tibbi müdaxiləyə baxmayaraq, 50 yaşlı qadın vəfat edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top