Salyanda qəza: yaralılar var

HADİSƏ 19 iyn 2022, 22:26
Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red.) müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top