Ağalı kəndinə ilk köç nə zaman baş verəcək? — VİDEO

SOSİAL 18 iyn 2022, 09:09
Zəngilan rayonunun Ağalı kənd sakinləri yaxın günlərdə doğma yurd-yuvalarına geri dönəcəklər. Artıq bununla bağlı püşkatma mərasimi də keçirilib. İlkin olaraq kəndə 41 ailə köçürüləcək. XəzərXəbər püşkatmada iştirak edən və Ağalının ilk sakinlərindən olan Vəliyəddin Paşayevin ailəsində olub. Təəssüratları təqdim edirik

Paşayevlər ailəsi Zəngilanın Ağalı kəndinə ilkin mərhələdə köçürüləcək 41 ailədən biridir. Püşkatma nəticəsində seçildiklərindən ailə üzvlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Onlar artıq tam bərpa olunmuş doğma kəndlərinə qayıdacaqları günü iplə çəkirlər...

Hazırda Sumqayıt şəhərində məskunlaşan Vəliyəddin Paşayev doğulub boya-başa çatdığı Ağalı kəndinin yenidən qurulmasında da iştirak edib. O, kənddə aparılan tikinti-quruculuq işlərində sürücü kimi çalışıb...

Ailənin xanımı Kamilə Muradova isə deyir ki, artıq qayıdış üçün bütün hazırlıqlarını tamamlayıb.

Qeyd edək ki, yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq vətəndaşlarımızın ilk köçü baş tutacaq. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov xarici mətbuata verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, ilk köç Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə gerçəkləşəcək. Qurum rəsmisi qeyd edib ki, məcburi köçkünlər arasında əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu da keçirilib. Onların böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top