Şəhid Elvin Abbasovun anım mərasimi keçirildi — FOTOLAR

SOSİAL 17 iyn 2022, 15:00
Bu gün “Monte Karlo” şadlıq sarayında Nizami rayon sakini şəhid Elvin Abbasovun anım mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki,şadlıq sarayının rəhbərliyi tərəfindən təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri, qazilər, şəhid valideynləri və media nümayəndələri iştirak edib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər şəhid Elvin Abbasovun döyüş yolundan danışıblar. Bildirilib ki, Azərbaycanda gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün şəhidlərimizin qəhrəmanlıqları onlar üçün bir nümunə kimi təbliğ olunmalıdır.

Məlumat üçün bildirək ki, “Monte Karlo” şadlıq sarayının rəhbərliyi tərəfindən indiyə qədər Nizami rayonundan olan 10 şəhidin anım mərasimi keçirilib.


 

 

 

 

 

 
 

 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top