Kuleba Zelenskinin Avropa liderləri ilə danışıqlarının nəticələrini açıqladı

GÜNDƏM 16 iyun 2022, 22:21
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna prezidenti   Volodimr Zelenskinin Fransa, Rumıniya, Almaniya və İtaliya liderləri ilə danışıqlarının beş nəticəsini açıqlayıb. 

Demokrat.az
bildirir ki, bu barədə o,  "Facebook" da məlumat verib:

Ən birinci nəticə odur ki, yeni sanksiyalar olacaq”.

Sonrakı silahlar haqqındadır. 

Ukraynanın Aİ üzvlüyünə namizəd statusu almaq istəyindən danışan Kuleba vurğulayıb ki, həftənin əvvəli ilə müqayisədə bu gün Ukrayna belə status almağa daha yaxındır.

Kulebanın sözlərinə görə, digər bir nəticə ondan ibarət idi ki, bütün qonaqlar taxıl ixracı məsələsində Rusiyaya etibar etmirlər:

“Biz BMT vasitəsilə işləməliyik. Paralel olaraq quru dəhlizlərini əhəmiyyətli dərəcədə inkişaf etdirəcəyik"

Kuleba sonda qeyd edib ki, danışıqlar zamanı Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bu müharibədə qalib gəlməlidir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top