Məhkəmə Ukrayna Sosialist Partiyasının fəaliyyətini qadağan etdi

GÜNDƏM 15 iyn 2022, 21:22
Lvov Apellyasiya Məhkəməsi Ukrayna Sosialist Partiyasının qadağan edilməsi ilə bağlı qərar çıxarıb.

Demokrat.az bu barədə UNİAN-a istinadən  bildirir. 

Məhkəmənin qərarı ilə ləğv edilmiş partiyanın bütün əmlakı dövlətə verilməlidir. Siyasi partiyanın rəhbər şəxsləri antiukrayna fəaliyyətində ittiham olunur.

Ukrayna Sosialist Partiyası qərardan kassasiya şikayəti verəcəyini qeyd edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top