Ötən gün məktəbi bitirən məzun çayda boğuldu

HADİSƏ 15 iyn 2022, 15:52
Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəranın Osaküçə kəndi ərazisindəki istirahət mərkəzlərinin birində baş verib.

Belə ki, Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşüb. Ətrafındakılar onu xilas edə bilməyiblər. Kənd sakinləri M.Əzizlinin cansız bədənini sudan çıxarıblar.

Qeyd edək ki, bədbəxt hadisə Mollaoba kənd tam orta məktəb məzunlarının istirahət gəzintisi zamanı baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top