İdarə direktoru tutduğu vəzifədən azad edildi

SOSİAL 14 iyn 2022, 23:41
Salyanda yaşıllaşdırma idarəsinin direktoru tutduğu vəzifədən azad olunub.

“Report”un Aran bürosunun məlumatına görə, Salyan şəhəri “Yaşıllaşdırma” MMC-nin direktoru Kamil Əzizov yaş həddi ilə bağlı tutduğu vəzifədən azad edilib.

Onun yerinə təqaüddə olan Dövlət Yol Polisinin əməkdaşı Qalib Mirzə oğlu Rzayev təyin edilib.

Qeyd edək ki, K.Əzizov bu vəzifədə 5 ildən artıqdır ki, işləyirdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top