Nazir müşaviri: “Növbəti “TEKNOFEST Türkiyə” festivalında Azərbaycan da iştirak edəcək”

İKT 13 iyn 2022, 16:37
“Azərbaycanda keçirilən “Teknofest”in qalibləri növbəti festivala qatılacaqlar”.

Bunu Demokrat.az-a açıqlamasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib. 

O, bildirib ki, növbəti festival bu ilin avqustunda Türkiyənin Samsun şəhərində təşkil olunacaq: 



“2022-ci ildə ilk dəfə Türkiyə hüdudlarından çıxaraq “Teknofest” Azərbaycana gəldi və bu, özü iki ölkə arasında strateji münasibətlərin, dostluğun qardaşlığın bir təzahürü idi. 2022-ci ildə də - həmin bu ildə Türkiyədə teknofest festivalı keçiriləcək. Artıq Azərbaycanda keçirilən “Teknofest”in qalibləri həmin festivala qatılacaqlar”.

Qeyd edək ki, ötən ay ölkəmiz möhtəşəm festivalına ev sahibliyi etdi. 2018-ci ildən düzənlənən tədbir hər il Türkiyədə təşkil olunur. Bu il isə iki ölkənin birgə əməkdaşlığı çərçivəsində “TEKNOFEST Azərbaycan” adı altında beynəlxalq texnologiya tədbiri baş tutdu.  
 
Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top