Bakıda hoteldə ərəb qadın öldü

HADİSƏ 13 iyn 2022, 15:52
Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən “Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib. 

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top