“Kişilər "axırıncı aşırım"dan boylanıb, öldükləri üçün sevinirdilər...”

ƏDƏBİYYAT 12 iyn 2022, 16:40
Bu gün Cahandarın papağı yer gəzirdi özünü gizləyməyə! Qırmızı, ipək yorğana dönmüşdü Şahnigarın örpəyi! 

Kişilər "axırıncı aşırım"dan boylanıb, öldükləri üçün sevinirdilər. 

"7 oğul istədiyi" üçün peşman olmuşdu 70-lərin kişiləri. 

Cəlalı alnından öpəcəyi halda, öldürdüyü üçün peşmanlıq duyurdu Gəray bəy! Nəticədə qız sevmək ölməyə səbəb deyildi axı... Oğlan sevmirdi ki?!

Bu gün gizli yazılan sevgi məktubları, yol gözləyən, həsrəti illər sürən, vüsalı məna daşıyan bütün sevgilər iki "gedə" ehtirasının qovuşması qarşısında lal oldu! 

Bu gün bütün KİŞİLİK anlayışı hərfi mənasından başqa başımız çıxmayan "Avropa mədəniyyətinin", "azad eşqin", "ata olacaqların ehtiras qovuşmasının" qarışında əriyib suya qarışdı!

Papaq getdi, namus dəyərsizləşdi, əxlaq lazımsızlaşdı ! Lənət olsun Avropanı mədəniyyət deyib gözümüzə soxanlara!

Lənət olsun mədəniyyətin beşiyində oturub cinsiyyətini, həyati-amalını, dünyanın yaranışını, gedişatını, sonunu düşünmədən ehtirasa qul olanlara ağız suyu axıdanlara!

Lənət olsun mədəniyyətsizliyin yekəsini mədəniyyət kimi diqtə edənlərə! 

Lənət olsun bizi bığburma kişilərimizə şübhə bəsləməyə vadar edən "azad seçimlərinizə"!

Lənət olsun mədəniyyəti, estetikanı musiqidən,operadan, teatrdan, azad siyasi seçimdən, təhsildən ayırıb- özümüzdən qoparıb, Avropanın şişirdilmiş kişi əzalarına, qadınlaşan bədənlərinə, makiyajlı "kişi" sifətlərinə, iki kostyumlunun toyuna, bir evdə yaşanan, ömrü ehtirası qədər yaşayacaq ailə anlayışına aid edənlərə! 

Mədəniyyətsizliyi mədəniyyət kimi bağırdıqca mən bu murdar cəmiyyətdə oğul böyütməyin məsuliyyəti altında qıvrılıram!

Lənət olsun beyinsiz, həyatı qurşaqdan aşağısı ilə "murdarlayan" müasirliyinizə! 

Maya İmran
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top