10 il sonra iPhone 6 min dollara olacaq

SOSİAL 11 iyun 2022, 19:57
Britaniyanın “Mozillion” pərakəndə satış şirkətinin analitikləri qiymətlər eyni sürətlə artmağa davam edərsə, 2032-ci ildə smartfonların nə qədər baha olacağını hesablayıblar.

Bu barədə “PhoneArena” məlumat yayıb.

Məlumata görə, iPhone-un flaqman smartfonlarının qiyməti 2012-ci ildən bu yana 200 dollardan (iPhone 5) 1100 dollara (iPhone 13 Pro Max) yüksəlib. Bu tendensiya davam edərsə, iPhone 2032-ci ildə 6069 dollara olacaq.

“Motorola” və “Huawei”in flaqmanları son on ildə ən çox bahalaşan smartfonlar siyahısında növbəti yerdədir. Bu şirkətlərin premium smartfonlarının qiyməti 2032-ci ilə qədər ABŞ və Çin istehsalçıları üçün müvafiq olaraq 233 və 221 faiz artımla 3,3 min dollara çata bilər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top