“Formula 1”: Serxio Peres növbəti dəfə ən yaxşı nəticəni göstərdi — YENİLƏNİB

İDMAN 11 iyn 2022, 16:18
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb. 

Demokrat.az
xəbər verir ki, "Red Bull"dan Serxio Peres ən yaxşı nəticəni göstərib. 

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub. 

Ötən gün ilk test yürüşlərində müvafiq olaraq Peres və Lekler birinci olmuşdu. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq.


***15:05

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.


Demokrat.az xəbər verir ki, yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.

Ötən gün test yürüşlərində "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top