“Həcc ziyarətini QMİ təşkil edirsə, gedənlərə yaş limiti qoya bilər” — Deputat

GÜNDƏM 11 iyn 2022, 13:29
Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər. Bu barədə qərar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilib. 

Bəs, belə bir qərarın verilməsi düzgündürmü?

Suallımızı cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu yaş həddinin müəyyənləşdirilməsi Həcc zamanı yarana biləcək problemlərlə bağlıdır:



“Həcc elə bir ibadətdir ki, orada onu yerinə yetirən insanın sağlamlığı yerində olmalıdır. Bu baxımdan yuxarı yaşda insanlar Həccə gedərkən bir sıra hallarda orada sağlamlıqla bağlı problemləri yaranır və bəzən də onlar həyatlarını itirirlər. Onların bura daşınması, gətirilməsi ilə bağlı bir sıra hallarda müəyyən problemlər yaranır. Düşünürəm ki, qərarın da qəbul edilməsində əsas məqsəd və hədəflərdən biri budur. O baxımdan söhbət Səudiyyə Ərəbistanın müəyyənləşdirdiyi qərarlardan gedirsə və söhbət sağlamlıq məsələsinə əsaslanırsa, hesab edirəm ki, bu ziyarəti təşkil edən bir qurum kimi Qafqaz Müsəlmanları İdarəsi belə bir qərar qəbul edə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top