Nazir: “Pandemiya dövründə müəllimlərimiz xüsusi fədakarlıq göstərdilər”

GÜNDƏM 11 iyn 2022, 11:06
"Pandemiya dövründə müəllimlərimiz, xüsusilə yaşlı nəslin nümayəndələri fədakarlıq göstərdilər".

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc Müəllimlərin II Forumunda deyib.

E.Əmrullayev müəllim peşəsinin özəlliklərindən, təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən söz açıb.

Nazir ölkəmizdə dövlət tərəfindən müəllimlərə göstərilən diqqət və qayğıdan, onların əməkhaqlarının artırılmasından, eyni zamanda, müəllimlərin sertifikasyasından danışıb.

Emin Əmrullayev cəmiyyətimizdə müəllimlərə yüksək səviyyədə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Təhsil naziri forum iştirakçılarına uğurlar arzulayıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top