Azər Niftiyev: “ABŞ və Qərb hər kəsdən tələb edir ki, onun “dirijor çubuğu” ilə hərəkət etsinlər”

GÜNDƏM 10 iyn 2022, 17:10
“Son vaxtlar yerləşdiyimiz regiona dünya dövlətlərinin marağı xüsusi olaraq artıb”. 

Bunu Demokrat.az-a açıqlamasında siyasi icmalçı Azər Niftiyev deyib. Ekspertin sözlərinə görə, Rusiyada baş verənlər, Rusiyanın Ukraynaya müdaxiləsi, o cümlədən ABŞ-ın və Qərbin Rusiyaya yönəlik çox saylı sanksiyaları yeni reallıqlar yaradıb:

“Və bu reallıqda ABŞ və Qərb hər kəsdən tələb edir ki, onun maraqlarına uyğun siyasət yürütsünlər və onun “dirijor çubuğu” ilə hərəkət etsinlər. Təbii ki, görünən odur ki, Türkiyə müstəqil siyasət yürüdür. Və o, Rusiyaya qarşı sanksiyalara qoşulmur. Hesab edirəm ki, bu kifayət qədər düzgün addımdır. Türkiyə dünyada bir gücdür və güc olaraq da, təbii ki, baş verənlərdən ölkəsinin iqtisadi imkanlarını artırmaq, eyni zamanda dünyada qlobal əhəmiyyətini, qlobal miqyasını gücləndirmək üçün istifadə edir. Bu baxımdan Türkiyənin yürütdüyü siyasət Türkiyə dövlətinin maraqlarına, eyni zamanda Azərbaycanın da maraqlarına uyğundur”. 

Analitik qeyd edib ki, İsveç və Finlandiya məsələsində də Türkiənin qəti mövqeyi ortadadır:

“Bütün bu baş verənlər təbii ki, Qərbi narahat edir və xüsuilə Türkiyə hakimiyyətinə qarşı ciddi basqılar var. Bunu biz Türkiyənin son vaxtlardakı maliyyə vəziyyətində də aydın müşahidə edirik. Şübhəsiz ki, burada xarici amillər təsiredici, həlledici faktor rolunda çıxş edirlər. Eyni zamanda Türkiyə  müxalifətinin qarşıda gələn seçkilərə ciddi şəkildə hazırlaşması da bunun bariz nümunəsidir. Görünən odur ki, Qərb Ərdoğanı əvəzləmək niyyətindədir. Bunun üçün Türkiyə müxalifətindən istifadə edəcə. Türkiyə müxalifəti onlara ciddi şəkildə arxayınlıq nümayiş elətdirirlər”. 

“Bu, xüsus da Türkiyə ilə Rusiyanın yaxınlaşmasını mən deməzdim. Xarici siyasətdə, eyni zamanda beynəlxalq siyasətdə belə qaydalar var ki, yaranan situasiyalar bəzən gücləri eyni addımlar atmağa təhrik edir. Rusiya ilə Türkiyənin Cənubi Qafqazda maraqlarına gəldikdə, Cənubi Qafqaz regionun tərkib hissəsidir və iki dövlət də təbii ki, burada maraqlıdır. Ən xoş, ən müsbət məqam odur ki, Rusiya Türkiyə yaxınlaşması və Cənubi Qafqaz məsələsində birlik nümayiş etdirməklə Azərbaycanın işinə yaradı. Nəhayət, biz 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etdik. Burada bu amilin rolu da qaçılmazdır. Mən hesab edirəm ki, yaxınlaşan Rusiya Türkiyə münasibətləri Azərbaycanın maraqlarına cavab verir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top