Qəbul imtahanında aşağı nəticə göstərən bölgələr açıqlandı

SOSİAL 10 iyn 2022, 11:06
Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 44.3 faizi imtahandan “2”, 20.3%-i “3”, 25.5%-i “4”, 10.0%-i isə “5” qiymət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Abituriyent 12 jurnalında qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə bu göstəricilər, uyğun olaraq, 42.8%, 21.0%, 26.6%, 9.7% olmuşdur. Göründüyü kimi, keçən il “2” və “5” qiymət alanların faizi nisbətən artmış, “3” və “4” qiymət alanların faizi isə nisbətən azalıb: " Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından (şəkil 1.14) görünür ki, onların 29.9%-ni “3”, 47.2%-ni “4”, 18.0%-ni isə “5” qiymət alanlar təşkil edib. 2020-ci ildə bu göstəricilər, uyğun olaraq 27.1%, 50.3%, 17.8% olub.

V ixtisas qrup imtahanında toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 43.43%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur.

"Təəssüflə qeyd etmək lazımdır ki, bu il Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub", - jurnalda qeyd edilib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top